📌Böyrək transplantasiyası və hamiləlik?
❓Bizə yönləndirilən suallardan biri də böyrək transplantasiyasından sonra hamiləliyin mümkün olub olmaması ilə bağlıdır. Qısa olaraq bildirim ki, düzgün müşahidə, müalicə və doğum təqibi edilərsə hamiləlik mümkündür. 👍 Nümunə olaraq da bildirim ki, bu yaxınlarda 30 yaşlı, 2 dəfə böyrək transplantasiyası kkkkeçirmiş pasientimizdə hamiləlik prosesi uğurla başa çatmış və sağlam körpəmizi qucağımıza almışıq. 🙏
🚩Qeyd edim ki, xroniki böyrək çatışmazlığının üstün həll variantı böyrək transplantasiyasıdır. ❗Lakin transplantasiyadan sonrakı dövrdə hamiləliklə bağlı qərarın verilməsi üçün, həkim müayinəsi və məsləhətinə ciddi ehtiyac vardır.
🚩Adətən orqan nəqli olan xəstənin ümumi sağalma dərəcəsinə görə, hamiləlik vaxtının başlamasına 1 və ya 2 il sonra icazə verilir. Burada həm pasientin ümumi anatomik sağalma dərəcəsi (böyrəklərin normal fəaliyyəti, kreatin səviyyəsinin stabilliyi və s.), həmdə istənilən infeksiyon risklərinin qiymətləndirilməsi əsasdır.
🚩Böyrək transplantasiyası keçirmiş pasientlərdə artan hiperfiltrasiya səbəbi ilə zülal, sağlam qadınlarla müqayisədə daha yüksək müşahidə edilir, lakin doğuşdan 8-12 həftə sonra normal vəziyyətə qayıdır.
🚩Böyrək transplantasiyası keçirmiş hamilələrin doğum təqibləri ilk 6 ayda 2 həftədən bir, son 3 ayda isə, hər həftə həyata keçirilməlidir. Yoxlanışlarda nəql olunan orqanın vəziyyəti, dölün vəziyyəti ilə yanaşı hamilənin qan təzyiqi və diabetik komplektasiyaları (30% risk müşahidə edilir) da ciddi nəzarət altında saxlanılmalıdır.
✅ Adətən transplantasiya həyata keçirən xanımlarda keysəriyyə əməliyyatı ilə doğuma üstünlük verilir.
💡https://rexshendeaslanova.az/
🏤Baku Medikal Plaza Mərkəz filialı.
📱050 226 25 85 (WhatsApp)