Bazar ertəsi - Cümə 09.00 - 18.00, Şənbə 09.00 - 14.00
Rexshende Aslanova

Hər bir xanıma individual yanaşma işimizin əsas qayəsidir...

Uzman ginekoloq Rəxşəndə Aslanova

Ultrasəs müayinə (USM) və Doppleroqrafiya:

Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində, ultrasəs əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların müayinəsində geniş istifadə edilir.

Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir. Ultrasəs müayinə yalnız hamiləliyin mövcudluğunu müəyyən etmək deyil, həmçinin embrionun inkişafını müşahidə etmək, donmuş hamiləliyi, uşaqlıq xaricində hamiləliyi vaxtında aşkar etmək, dölün xromosom patologiyasının mövcudluğundan şübhələnmək imkanını verir.

Doppleroqrafiya Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır. Bu zaman vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilə. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barəsində dəqiq informasiya almaq olar.

Ultrasəs müayinə üzrə proseduraların siyahısı:

  • Hamiləlikdə ultrasəs müayinə;
  • 3D/4D;
  • Doppler müayinəsi;
  • Ayrıntılı (detallı) ultrasəs müayinəsi 18-22 həftələrdə;
  • Uşaqlıq boşluğunun patologiyalarının SİS (saline infusion sonography) ilə müayinəsi və s.