Hamiləlikdə kosmetik məhsullardan istifadə edilə bilərmi?
Hamiləlik müddətində hamilə qadınların məruz qaldıqları kimyəvi maddələr onlarda qorxu və narahatçılığa səbəb olur. Ana namizədlərin bu dönəmdə kosmetik məhsullardan istifadə edib etməməklə bağlı tərəddüdləri olur. Ümumiyyətlə hamiləlikdə kosmetik məhsullardan istifadə edilə bilər mi?. İlk öncə qeyd edim ki, ana namizədlər üçün narahatlıq mənbəyi olan, hamiləlik müddətində istifadə etdikləri kosmetik məhsulların mümkün teratogen (döl) təsirləri mövzusunda müxtəlif yanaşmalar mövcüddur. Hamiləlik müddətində məruz qaldıqda doğuşdan gələn anormallıqlara səbəb olan agentlərə teratogen, fetusa olan təsirlərinə də teratogen təsir adı verilir. Bu agentlər fetusun normal inkişafını əngəlləyə və nəticədə fetusta fiziki və zehni defektler meydana gətirə bilər.
Kosmetika, təmizləyici və gözəlləşdirən vasitələr: sabunlar, losyonlar, dezodorantlar, tərləməyə qarşı olan məhsullar, ətirlər, kosmetika avadanlıqları, saç lakları, saç boyaları, şampunlar bu qrupa daxil edilir. Agentlərin fetus üzərinə təsirləri barədə məlumatların böyük qismi retrospektif (geriyə doğru araşdıraraq) araşdırmalardan və heyvan təcrübələrindən alınmışdır. Bir çox ana namizədi, hamiləlik öncəsi saç modellərini və saç rənglərini, körpələrini risk altına almadan hamiləlikləri boyunca davam etdirmək istəyəcəklər.
Bunun üçün bu məsələdə ana namizədlərinə hərtərəfli məlumat verilməlidir. Tez-tez istifadə edilən oksidatif boyaların tərkibində p-phenylenediamine, p-phenylenediamine sulfate, 2,3-naphtalenediol, resorcinol və m-aminophenol vardır. Boyaların əsas maddələri olan p-phenylenediamine, aminophenol, resorcinol ilə aparılan heyvan təcrübələrində bu maddələrin teratogen təsiri (ana bətnindəki körpə (fetus) üzərinə mənfi təsirləri) araşdırılmışdır. Təcrübə heyvanlarına saç boyama zamanı məruz qalan miqdarın 100 misli verilərək aparılan təcrübədə bu heyvanların fetuslarında hər hansı mənfi təsir olmamışdır. Bu maddələrlə insanlar üzərində aparılan təcrübə yoxdur.
Saç düzləşdiricilərin tərkibinə natrium hidroksid və bisulfit daxildir. Hamilələrin xüsusilə natrium hidroksid tərkibli məhsullardan uzaq qalmasını tövsiyə edirik. Saçları isti hava axını ilə düzləştirmək ana namizədləri üçün daha təhlükəsiz olacaq. Perma üçün istifadə edilən məhlullar ammonium thioglycolate, ammonium calcium thioglycolate və bir nötralizan məhlul olan hidrogen peroksid daşıyırlar. Bu maddələrin istifade edilməsi tövsiyə edilmir.
Xına kimi bitki mənşəli boyayıcılar da mövcuddur. Xına məlum olan ən qədim saç boyasıdır. Bu boya ilə əlaqəli araşdırmaların olmamasına baxmayaraq, teratogen olma ehtimalı yoxdur. Saç rəngini açan vasitələr hidrogen peroksid və ammonium persulfat tərkiblidirlər. Hidrogen peroksid lokal təsir göstərdiği üçün dölə mənfi təsiri yoxdur. Şampunlar anionik, kation və nonionik səthi aktiv maddələrdir. Bu maddələrin insanda teratogen təsiri ilə əlaqəli bir araşdırma yoxdur. Amma fetus üzərində mənfi təsirlərinin olması ehtimaldan kənardır. Aerozol saç spreylərinin böyük əksəriyyəti methylen chloride –den ibarətdir. Bu maddələrində teratogen təsiri yoxdur.
Hamiləlik əsnasında perma elətdirmək və ya saç boyamaq istəyən ana namizədlərinə məsləhətimiz isə, hamiləliyin ilk 3 ayında bu prosedurlar etdirilməməli, daha sonrakı aylarda qurğuşun, nikel, mis tərkibli saç boyalarından çəkinməlidirlər. Mümkünsə, kimyəvi boyalar əvəzinə xına kimi bitki mənşəli boyalar istifadə etmək və soyuq su ilə durulamaq məsləhət edilir. Digər göstərilməyən kosmetik məhsullar üçün qısa bir yekunlaşdırma aparmaq lazım gələrsə, Amerika Birləşmiş Ştatlarında “Food and Drug Administration” adlı komitə bütün kosmetik maddələr teratogen, kanserogen və toksikoloji cəhətdən araşdırır. Tərkibində bu təsirləri olmayan maddələrin kosmetik məhsulların istehsalı üçün icazə verilir. Ölkemizdede icazəli kosmetik məhsullarda istifadə edilən maddələr, ABŞ-dakı komitənin təsdiq etdiyi maddələrdir. Dolayısı ilə bu məhsulların tanınan teratogen, kanserogen və toksikoloji təsiri yoxdur.
Ana namizədlərini kədərləndirən və yaranmaması üçün səy göstərdikləri bir məsələdə hamiləlik çatlarıdır. Hamiləlik əsnasında qarın və döşlər üzərində yaranan rəng dəyişiklikləri ilə özünü göstərən bu hadisə 5-ci hamiləlik ayından etibarən yaranmağa başlayır. Hamiləlik çatları mexaniki gərilmə və artmış hamiləlik hormonlarının təsiri ilə yaranır. Sürətli və həddindən artıq kilo artımı olmazsa mexaniki dartılma minimuma endirilir. Həmçinin dəri nemlendiricisi olaraq lanolin, kakao yağlı kremlər və masaj, dəri elastikliyini artıraraq çatların yaranmasının qarşısını ala bilər. Bu maddələrin də fetusa mənfi təsiri yoxdur. Hamiləlik əsnasında istifadə edilə bilər.