Bazar ertəsi - Cümə 09.00 - 18.00, Şənbə 09.00 - 14.00
Rexshende Aslanova

Hər bir xanıma individual yanaşma işimizin əsas qayəsidir...

Uzman ginekoloq Rəxşəndə Aslanova

Cinsi istəksizlik?!

Cinsi terapiya zamanı qarşılaşdığımız hallardan biri də cinsi istəksizlik və ya cinsi münasibətdə olma istəyinin azalmasıdır. Cinsi istəksizlik mütəmadi və təkrarlanan şəkildə cinsi münasibətdə olmaq istəyinin azalması kimi tərif olunur. Biolojik faktorlar da nəzərə alınaraq (yaş, ümumi sağlamlıq), sosial həyat şərtləri (iş, ailə ortamı) və cinsi istəksizlikdən əvvəlki cinsi münasibəti barədə məlumatlarla dəyərləndirilmə aparılır. Cinsi istəksizlik bəzən doğuşdan sonra, hamiləlik, hər hansısa psixolojik travma, istifadə edilən dərmanlardan sonra ortaya çıxa bildiyi kimi bəzi hallarda isə pasiyentin özünü tanıdığı xatırladığı vaxtdan belə bir hal yaşadığı ifadə edilməkdədir.

Cinsi istəyin azalmasında ən əhəmiyyətli səbəblərdən biri ailə münasibətlərində yaşanılan problemlərdir. Əgər partyorlar bir-birləri ilə düzgün ünsiyyət qurabilmirlərsə, ətrafda olan ancaq onları birbaşa əlaqələndirməyən problemlərlə özlərini yükləyirlərsə, cinsi münasibət və ya fantaziyalar az olursa, bir-birləri ilə cinsi münasibət sıxlığı kifayət qədər olmursa o zaman da istəksizlik ortaya çıxa bilir. Digər tərəfdən cinsi istəksizlikdə əsas faktorlardan biri qadının cinsi münasibətlə əlaqəli qəbul etdiyi standartlardır. “Qadın ərinə cinsi istəyini ifadə etməməlidir”, “Qadın cinsi münasibəti başlada bilməz”, “Qadın ancaq kişinin cinsi ehtiyacını qarşılamaq üçün cinsi münasibətə giməlidir” və sair bunun kimi səhv qəliblərlə cinsi istəyi azaldan düşüncələr ortaya çıxa bilir.

Cinsi istək azalmasında yaşın əhəmiyyətli yeri var. Biolojik dəyişikliklər nəticəsində (menopauza ərəfəsində, vaginal kuruluğa yol açan dəyişikliklər) istəkdə azalma müşahidə oluna bilər. Psixiatrik dərmanlar, diabet və yüksək tansiyon, alkoqollu içki qəbulu, az yaşlarında istismar və ya təcavüz kimi yaşantının olması da istəksizliyə təsir edən amillərdəndir. Nəticə etibarilə istəksizliyin fiziki və psixoloji səbəbləri var. Cinsi istəksizlik yaşayan bir çox qadın ərini (partyorunu) səbəb olaraq düşünməkdər. Ancaq istəksizliyin ortaya çıxmasında qadının özünün də rolu olduğu unudulmamalıdır. Cütlüklər cinsi istəksizlik problemini həll etmək üçün cinsi terapiya almalıdırlar. Terapiya zamanı cütlüklərə səmərəli ünsiyyət qurmaq, partyora fiziki təmas, qarşı tərəfi günahlandırmaq yerinə məsulliyəti üzərinə almaq kimi qazanımlarla ailədə güclə əlaqəli yanaşmanı yenidən dəyərləndirərək partyorların bir birləri ilə olan münasibəti yenidən formalaşdırılır.

 

Phd (c) Maarif Məmmədov

Uzman Psixoloji Konsultant

Cinsi Münasibətlər üzrə Terapevt